"Neçə oyundur uduzurduq, qələbə qazana bilmədiyimizə görə, futbolçuların üzərində böyük təzyiq var idi. Amma şükürlər olsun ki, ilk dəqiqələrindən qələbə ruhunu uşaqlarda gördüm. Yaxşı hücum qurduq, qol vurduq. Ümumilikdə istədiyimiz oyunu sərgiləyə bildik. "Qəbələ"nin də yaxşı futbolçuları olduğunu bilirik. Rəqibə o imkanları vermədik və qalib gəldik. Üzərimizdən bir az da olsa, məğlubiyyətlərin, qələbəsizliyin stressi götürüldü. İrəliyə baxacağıq, "Qəbələ"yə də uğurlar arzulayıram".
Sportal.az xəbər verir ki, bu sözləri “Şamaxı"nın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 13-cü turunun “Qəbələ” ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını da cavablandırıb.
Demək olar ki, Ayman Buali komandanın açar oyunçusudur...
Açar oyunçusudur, və komanda şəklində oynayanda effekt verir. Onun keyfiyyətlərini bilirik, meydançada üzərinə düşən bəzi missiyası var. Daha rahat oynayanda, bacardığından da artığını edir. Bütün komanda oynadı, Buali də ən yaxşıların siyahısındadır.
Son qələbə "Şəfa" üzərində olmuşdu. Bu uzun period zamanı da pis oynamırdınız, ancaq qələbə qazanmamışdınız...
Diqqətinizə çatdırım ki, "İmişli" ilə oyunun sonunda qapımıza penalti təyin edildi. Ondan sonra "Neftçi", "Sabah", "Turan Tovuz"la qarşılaşdıq. O matçlarda da baş verənləri özünüz bilirsiz. Mənim də xoşuma gələn oyunlar elə "Neftçi", "Sabah" və "Turan Tovuz"a qarşı matçlar idi. Bu günkü oyunu hətta yaddan çıxardaram. Ancaq mənim komandam "Neftçi", "Sabah" və "Turan Tovuz"la yaxşı futbol oynadı. Məğlubiyyətlərdən nəticə çıxarmalıyıq. Analizi düzgün edim, bərpamızı normallaşdırıb, qarşıya baxacağıq.
Son 5 oyununuz evdədir. Bu sizin üçün üstünlükdür?
Bir şeyi deyim ki, hamı bizə üç xal kimi baxır, biz isə belə baxmırıq. Qarşımızda bir məqsəd var. Özümüzün düşüncələri var, futbolçularda da bəzi komponentlər var ki, onları aşılamaq istəyirik. Sırf yer uğrunda düşünmək, udarıq 4-cü olacağıq uduzarıq 5-ci olacağıq..Bu haqda düşünmürük. Oyundan-oyuna hansısa gedişləri düşünürük. Sonda necə olacaq, hansı yerdə olacağıq sonda bilinəcək.
saytlarin hazirlanmasi

