Türkiyə I Liqasında XVI turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının üzvlərinin çıxış etdiyi komandalar üz-üzə gəliblər.

Ozan Can Kökçünün formasını geyindiyi "Vanspor" doğma meydanda Toral Bayramovun şərəfini qoruduğu "Bursaspor"u qəbul edib.  Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Azərbaycanlı futbolçular da bu görüşdə iştirak ediblər. Onlar hər ikisi matça start heyətində başlayıb. Toral 90 dəqiqə meydanda qalıb, Ozan Can isə 85-ci dəqiqədə əvəzlənib.

Xallarını 36-ya yüksəldən "Bursaspor" liderliyini davam etdirir. 17 xalı olan "Vanspor" isə 16-cı yerdədir.