Polşa Ekstraklasasında XVI turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Rakuv” doğma meydanda “Pyast”ı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Komandasının yeganə qolunu 59-cu dəqiqədə Emreli vurub. Start heyətində meydana çıxan Mahir 77-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, bu, Emrelinin cari mövsümdə Ekstraklasada vurduğu 4-cü qoldur.
Hazırda “Rakuv” 15 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi
