Mərakeş Kral Futbol Federasiyası 2025-ci il Afrika Millətlər Kubokunun finalı ilə bağlı İdman Arbitraj Məhkəməsinin (CAS) qərarı ilə razılaşmayıb.
Sportal.az xəbər verir ki, qurum bu qərara etiraz etmək üçün bütün zəruri hüquqi prosedurlara başlayacağını bəyan edib. Mərakeş tərəfi, xüsusilə, məhkəmənin işə baxılma şərtləri ilə bağlı qaldırılan vəsatətlərə cavab verməməsindən narazılığını ifadə edib.
Mərakeş tərəfinin narahatlığına səbəb olan amillərdən biri qərarın elan olunmasına 48 saat qalmış CAS arbitrlərindən birinin Seneqal Futbol Federasiyasının prezidenti ilə ehtimal olunan əlaqəsidir. Mərakeş daha əvvəl də tərəflərin nümayəndələri arasında mümkün söhbət barədə məlumat yaymışdı. Bununla belə, həm arbitr, həm də Seneqal tərəfi belə bir əlaqənin baş verdiyini inkar edir.
CAS Afrika Futbol Konfederasiyasının (CAF) əvvəlki qərarını yekdilliklə ləğv edib və finalın nəticəsini - əlavə vaxtda Seneqalın 1:0 hesablı qələbəsini bərpa edib. Martda CAF seneqallı futbolçuların təyin edilmiş penaltiyə etiraz əlaməti olaraq meydanı tərk etməsindən sonra Mərakeşə 3:0 hesablı texniki qələbə vermişdi.
saytlarin hazirlanmasi
