“Səbail” klubunun dəvəti ilə Almaniyanın “Polytan” şirkətinin mütəxəssisləri Quba Olimpiya Kompleksinin stadionuna baxış keçiriblər.
Sportal.az xəbər verir ki, Daniel Veyler ot örtüyünün durumuna, drenaj xətlərinin vəziyyətinə baxıb.
Əcnəbi mütəxəssis yerli iqlimi, həm əsas, həm də akademiyanın bütün aşağı yaş qrupları üzrə komandaların burada məşq edəcəyini nəzərə alaraq, öz təkliflərini verib. O, son nəsil süni ot örtüklü meydançanın salınmasını məqbul sayıb. Şirkət bu işlərin ən yüksək keyfiyyətlə həyata keçiriləcəyinə zəmanət verib.
Məlumat üçün deyək ki, Almaniyanın “Polytan” şirkəti FIFA-nın rəsmi texniki tərəfdaşıdır, FIFA-nın Keyfiyyət Proqramı çərçivəsində “FIFA Preferred Provider” statusuna malikdir. Şirkətin istehsal etdiyi LigaTurf seriyalı süni örtüklər FIFA Quality və FIFA Quality Pro sertifikatlarına layiq görülüb və beynəlxalq rəsmi yarışların keçirilməsi üçün təsdiqlənib.






