"Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə Sportal.az saytına açıqlama verib.

O, komandasının Misli Premyer Liqasının 12-ci turunda “Kəpəz”lə(0:0) bərabərə qalması haqda danışıb:  

"Çətin oyun idi. Xüsusilə stadiondakı atmosferi qeyd etmək istərdim. Bu cür arenada oynamaq xoş idi. Təəssüf ki, qol vura bilmədik. Top bizdə olanda rəqiblərimiz daha çox müdafiəyə çəkilirlər, bu da bizə hücumun son mərhələsində çox az boşluq buraxır. Biz çalışırıq, qol epizodlarını tamamlamaq üzərində işləyirik, amma bu dəfə də alınmadı. Hər şeyin fərqindəyik. Bu mənfi seriyaya son qoymaq üçün əlimizdən gələni edəcəyik".

O, növbəti turda qarşılaşacaqları “Sumqayıt”la görüş haqda da fikirlərini bildirib: “Hər bir komanda yaxşı oynayır və müdafiə olunmağı bacarır. Oyunun necə cərəyan edəcəyini indidən demək çətindir, amma meydana qələbə qazanmaq məqsədilə çıxacağıq”.

Bəhlil uzun fasilədən sonra ilk dəfə start heyətində meydana çıxmasını belə şərh edib: “Yenidən meydanda olmaq əla hissdir. Doqquz aydan çoxdur ki, oynamırdım. Komanda olaraq qarşımızda hələ uzun bir yol var”.

Mirbağırağa