Azərbaycan millisinin üzvü Toral Bayramovun Polşaya qışda keçidi mümkündür.
Sportal.az xəbər verir ki, müdafiəçinin "Rakov"la adı hallansa da, ona daha bir klubdan təklif gəlib.
Belə ki, "Radomiak" Toral üçün "Bursaspor"a müraciət edib. Radom təmsilçisinin rəhbərliyi Bayramovu altı aylıq icarəyə götürmək istəyir. Burada “Bursaspor” və Toralın seçimi həlledici olacaq.
Onlar hansı komandaya istəyərsə, ona da müsbət cavab verəcək. 25 yaşlı futbolçunun "Bursaspor"la müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi
