"Real" Brahim Diasın müqaviləsinin müddətini artırıb.
Sportal.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
"Kral klubu" Mərakeş milli komandasının üzvü ilə 2031-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalayıb. Bununla bağlı yaxın günlərdə rəsmi açıqlama ediləcək.
Qeyd edək ki, "Real" Brahim Diası 2019-cu ilin yanvarında "Mançester Siti"dən 17 milyon avroya transfer edib. 27 yaşlı vinger cari mövsümdə Madrid təmsilçisinin heyətində meydana çıxdığı 9 rəsmi matçda 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
