“Çelsi” ardıcıl ikinci məğlubiyyətini alıb.
Sportal.az xəbər verir ki, Xabi Alonsonun rəhbərlik etdiyi komanda bu gün İngiltərə Premyer Liqasının 11-ci turunda “Lids”ə 1:4 hesabı ilə ağır məğlub olub. Bundan əvvəlki oyunda isə “Sanderlend”ə 0:1 hesabı ilə uduzub.
London təmsilçisi son beş oyunda dörd dəfə məğlub olub (o cümlədən Liqa Kubokunda penaltilər seriyasında) və yalnız bir qələbə qazanıb. Komanda yeganə qələbəsini “Mançester Yunayted” üzərində 2:0 hesabı ilə əldə edib.
“Çelsi” növbəti oyununu noyabrın 27-də “Nottingem Forest”ə qarşı keçirəcək.
saytlarin hazirlanmasi
