“Mançester Yunayted” bu mövsüm Avropanın beş aparıcı liqasında ən çox qol buraxan komanda olub.
Sportal.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 11-ci turunda “Liverpul”un qonağı olan Mançester təmsilçisi “Enfild” stadionunda 0:4 hesabı ilə məğlubiyyətə uğrayıb.
Bu qarşılaşmadan sonra “qırmızı şeytanlar”ın cari mövsümdə buraxdığı qolların sayı 34-ə çatıb. Bu isə Avropanın beş ən güclü çempionatında qeydə alınan ən zəif müdafiə göstəricisidir.
Siyahıda növbəti pillələri hərəyə 33 qol buraxan İngiltərənin “Kristal Pelas” və Almaniyanın “Union Berlin” klubları bölüşürlər.
İtaliya A Seriyasında mübarizə aparan “Sassuolo” və Fransa Liqa 1 təmsilçisi “Lans” isə qapılarında 32 qol görüblər.
saytlarin hazirlanmasi
