Misli Premyer Liqasının 12-ci turunda keçirilən "Şamaxı" - "Turan Tovuz" oyunundan (0:2) sonra meydan sahiblərinin hücumçusu Ayman Buali Sportal.az saytına müsahibə verib.

Matç haqda nə düşünürsünüz?Yəqin ki, nəticə sizi qane etmədi?

Gördüyünüz kimi, məğlub olduq. Səhvlər buraxdıq. Növbəti matçlarda bunları düzəltməyə çalışacağıq. Bəzi epizodlarda bəxtimiz gətirmədi. Şans bu gün bizdən yana deyildi.

Xal və ya xallar qazanmaq üçün nə çatmadı?

Şanslarımız çox olmadı. Uzun toplarla oyunu qururduq. Düşünmürəm ki, bu cür futbol olur.

Hakimin qərarları da bir çox epizodlarda mübahisə yaratdı. Buna necə yanaşırsınız?

Hakimlik barədə danışmaq nə qədər düzgün ola bilmirəm. Bəzi anlarda hakim ədalətli qərar vermədi. Lakin hər kəs səhv edə bilər. Hakimlər də səhvlərindən nəticə çıxarır. Onlara uğurlar arzulayıram.

"Şamaxı"nın hazırda hədəfi yalnız çempionatda qalmaqdır? Yoxsa avrokuboklarda iştirak imkanınızı qoruyub saxlayırsınız?

Əlbəttə, yüksək yerlər üçün çalışırıq. Avrokuboklarda çıxış etmək istəyirik. Amma görürsünüz ki, bu mövsüm mənzərə çətindir. Çünki həmin yerlər uğrunda başa baş mübarizə gedir. Hər bir komanda var qüvvəsi ilə mübarizə aparır. Ona görə heç nə asan olmayacaq. Biz də bacardığımızın ən yaxşısını edəcəyik.

Növbəti turda "Qəbələ" ilə qarşılaşacaqsınız. Şansları necə qiymətləndirirsiniz?

Həmin qarşılaşmadan 3 xal götürməyə çalışacağıq. Bu gün meydandan xalsız ayrıldıq. Növbəti oyunda doğma azarkeşlər önündə xal qazanmaq, bu səhvimizi düzəltmək istəyirik. Axıra qədər vuruşacağıq.