Türkiyə Superliqasında 12-ci turun qarşılaşmaları davam edir.
Sportal.az xəbər verir ki, millimizin hücumçusu Nəriman Axundzadənin formasını geyindiyi "Erzurumspor" öz meydanında "Göztepe" ilə üz-üzə gəlib. Görüş qonaq komandanın minimal hesablı qələbəsi ilə yekunlaşıb – 0:1.
Nəriman matça ehtiyat oyunçular skamyasında başlayıb və oyun ərzində meydana çıxmaq şansı qazanmayıb.
Bu nəticədən sonra 14 xalda qalan "Erzurumspor" turnir cədvəlində 13-cü pilləyə enib. Xal ehtiyatını 18-ə çatdıran "Göztepe" isə 8-ci yerdə qərarlaşıb.
saytlarin hazirlanmasi
