Azərbaycan yığmasının sabiq baş məşqçisi ölkə xaricində çalışa bilər.

Sportal.az saytına verilən məlumata görə, Nəbiyevə ərəb ölkələrindən maraq var. Əldə etdiyimiz məlumata görə, Azərbaycanın U-15, U-16, U-17, U-18 və U-19 yığmalarında baş məşqçi olmuş Nəbiyev Bəhreynin aşağı yaş qruplarından ibarət yığma komandalarından birinə rəhbərlik edə bilər.

Amma gənc mütəxəssis özü bununla bağlı qərar verməlidir. Onun karyerasını Azərbaycanda davam etdirmək istədiyi iddia olunur.

Lakin həmin təklifə müsbət yanaşarsa, qışdan sonra Bəhreynə yollanmalı olacaq.