Ukrayna Premyer Liqasında 13-cü turun qarşılaşmaları davam edir.
Sportal.az xəbər verir ki, millimizin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Bukovina” səfərdə “Veres”lə üz-üzə gəlib. Görüş qonaq komandanın 3:1 hesablı üstünlüyü ilə yekunlaşıb.
Azərbaycanlı futbolçu qarşılaşmaya əsas heyətdə çıxıb və 60-cı dəqiqədə yerini komanda yoldaşına verib.
Qeyd edək ki, bu nəticə sayəsində xal ehtiyatını 16-ya yüksəldən “Bukovina” turnir cədvəlində 8-ci sırada qərarlaşıb.
saytlarin hazirlanmasi
