Türkiyədə 1-ci liqasının 15-ci turunda bir sıra qarşılaşmalar keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Toral Bayramovun çıxış etdiyi "Bursaspor", heyətində Azərbaycan millisinin sabiq müdafiəçisi Mert Çelikin də yer aldığı "Sivasspor"u qəbul edib.
Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Çelik bütün matç ərzində meydanda olub, Bayramov isə ehtiyat oyunçular skamyasında qalıb.
Hazırda "Bursaspor" 35 xalla turnir cədvəlinə başçılıq edir, "Sivasspor" isə 13 xalla 18-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi
