Çempionlar Liqasının 5-ci turunda "Sabah"la qarşılaşacaq "Barselona" bu matça itki ilə çıxacaq.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin müdafiəçisi Andreas Kristensen zədə səbəbindən görüşü buraxmalı olacaq.
"Barselona"nın baş məşqçisi Hansi Flik "Vilyarreal"la görüşdən sonra bu barədə məlumat verib. Alman mütəxəssis qeyd edib ki, danimarkalı hazırda bərpa prosesindədir və "Sabah"la görüşdə oynamayacaq.
Qeyd edək ki, "Sabah” – “Barselona” matçı noyabrın 25-də keçiriləcək və görüşə 21:45-də start veriləcək.
saytlarin hazirlanmasi

