Bu gün "Sabah" UEFA Çempionlar Liqasında növbəti matçına çıxacaq.

Sportal.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv 5-ci turda "Barselona" ilə qarşılaşacaq.

Bakı Olimpiya Stadionunda keçiriləcək oyuna 21:45-də start veriləcək.

“Sabah” 4 turdan sonra 3 xalla 31-ci sıradadır. Aktivində 9 xal olan kataloniyalılar isə 5-cidir.

UEFA Çempionlar Liqası
5-ci tur

25 noyabr

21:45 "Sabah" - "Barselona"
Baş hakim: Nikolas Uolş (Uels)
Bakı Olimpiya Stadionu