"Arsenal" "Lrypsiq"in cinah oyunçusu Antonio Nusa uğrunda mübarizədə müsbət irəliləyiş əldə edib.

Sportal.az xəbər verir ki, norveçli futbolçu klubla müqavilə bağlamağa müsbət yanaşır. Bu barədə "Football Insider" məlumat yayıb.

Nusa 2027-ci ilin yayında komandasını dəyişməyə maraqlıdır. Almaniya klubu 21 yaşlı futbolçu üçün 80 milyon avro tələb edir. "Liverpool" da gənc oyunçu ilə maraqlanır.

"Arsenal" artıq Norveç millisinin üzvünün nümayəndələri ilə əlaqə saxlayıb.

Qeyd edək ki, Antonio Nusa cari mövsümdə "Leypsiq"in heyətində meydana çıxdığı 16 rəsmi matçda 7 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.