UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda “Sabah”la qarşılaşacaq “Barselona” Bakıya səfər edib.

Sportal.az xəbər verir ki, İspaniya klubunu daşıyan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

Qeyd edək ki, “Sabah” və “Barselona” arasında görüş noyabrın 25-də Bakı Olimpiya Stadionunda baş tutacaq. Matçın start fiti saat 21:45-də səslənəcək.