"Barselona" UEFA Çempionlar Liqası Liqa mərhələsinin V turu çərçivəsində Bakıda "Sabah"ın qonağı olacaq.
Sportal.az xəbər verir ki, İspaniya nəhəngi görüşə ciddi itki ilə çıxacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komandanın liderlərindən olan Lamin Yamal Azərbaycan çempionuna qarşı oynamayacaq. Ulduz futbolçunun yüngül zədə var. Buna görə də 19 yaşlı vinger kollektivlə birgə Azərbaycana gəlməyəcək. Onun bazar günün La Liqada "Deportivo"ya qarşı matçda iştirak edəcəyi gözlənilir.
Lamin Yamal "Barselona"nın yetirməsidir. İspaniya millisinin üzvü cari mövsümdə Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 13 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Sabah" - "Barselona" qarşılaşması 25 noyabr tarixində Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.
saytlarin hazirlanmasi
