"Qalatasaray" UEFA Çempionlar Liqa liqa mərhələsinin V turu çərçivəsində doğma meydanda "Aston Villa"nı qəbul edəcək.

Sportal.az xəbər verir ki, Türkiyə çempionu oyuna ciddi itkilərlə çıxacaq. Bu barədə baş məşqçi Okan Buruk məlumat yayıb.

Hücumçu Viktor Osimhenlə sağ cinah müdafiəçisi Roland Sallai zədə səbəbindən komandalar kömək edə bilməyəcək. Sol cinah müdafiəçisi İsmail Yakobsun oynayıb-oynamayacağına isə son məşqdən sonra aydınlıq gələcək.

Qeyd edək ki, "Qalatasaray" - "Aston Villa" qarşılaşması sabah baş tutacaq və Bakı vaxtı ilə 21:45-də start götürəcək.