Xulen Lopeteqi Qətər milli komandasındakı fəaliyyətinə son qoymaq niyyətindədir.

Sportal.az xəbər verir ki, ispaniyalı mütəxəssis 2027-ci ilin aprelinə qədər qüvvədə olan müqaviləsini uzatmamaq qərarına gəlib. Bu barədə jurnalist Matteo Moretto məlumat yayıb.

Qətər Futbol Assosiasiyasının nümayəndələri yaxın həftələrdə məşqçi ilə görüşərək, müqaviləyə qarşılıqlı razılıq əsasında vaxtından əvvəl xitam verilməsi məsələsini müzakirə edəcəklər.

Lopeteqi müqaviləsi başa çatdıqdan sonra klub futboluna qayıtmağı planlaşdırır. Onun məqsədi iddialı bir layihəyə rəhbərlik etmək və 2027/28 mövsümü ərəfəsində genişmiqyaslı hazırlıqlara başlamaqdır.

Qətər milli komandası 60 yaşlı çalışdırıcının rəhbərliyi altında 2026-cı il dünya çempionatında cəmi 1 xal toplayaraq, İsveçrə, Kanada və Bosniya və Herseqovinanın yer aldığı qrupda sonuncu yeri tutub.