"Mançester Siti”nin sabiq müdafiəçisi Riçard Dann İngiltərə Premyer Liqasının maliyyə qaydalarını pozduğuna görə klubun Çempionşipə göndərilə biləcəyini düşünür.
Sportal.az xəbər verir ki, Dann Snabbare nəşrinə müsahibəsində bunları qeyd edib:
"Düşünürəm ki, böhran, geriləmə və ya buna bənzər bir vəziyyətdən danışmazdan əvvəl daha bir neçə oyunu izləmək lazımdır. Məncə, komanda hələ də pis formada deyil. Onların oyununu izləmək xoşdur və komanda qol imkanları yaratmağa davam edir. Ötən həftəsonu bir neçə fürsətdən yararlana bilmədilər, amma düşünürəm ki, təşvişə düşmək üçün hələ tezdir.
Gələcəyə gəldikdə isə, əgər qərar dəyişdirilməsə, xalların silinməsi nəticəsində komandanı ən azı Çempionşipə düşmək gözləyir. Bundan sonra nə baş verəcəyini, futbolçuların necə davranacağını və klubun hansı qərarı verəcəyini bilmirəm. Ancaq istənilən halda vəziyyət çətin olacaq. Getdikcə daha çox belə görünür ki, bütün bunlar ən azı Çempionşipə düşməklə nəticələnə bilər.
Düşünürəm ki, bu məsələnin mümkün qədər tez həll olunması və vəziyyətə aydınlıq gətirilməsi hər kəs – “Mançester Siti”, Premyer Liqa və futbolçular üçün vacibdir.
Məsələnin həlli uzandıqca, bu vəziyyət çempionluq uğrunda həqiqətən maraqlı ola biləcək mübarizədən diqqəti yayındırır. Xüsusilə də “Brayton” eyni tempdə davam etsə, “Liverpul” isə daha tez-tez qələbə qazanaraq “Arsenal”a rəqabət yaratsa”.
saytlarin hazirlanmasi
