“Çempionlar Liqasında oynamaq uşaqlıq arzum olub. Liqa mərhələsində çıxış etmək isə daha böyük xəyal idi. Həyata keçəcəyini düşünməmişdim".
Sportal.az xəbər verir ki, bu sözləri “Sabah”ın futbolçusu Orfe Mbina deyib.
Hücumçu Fransa mətbuatına açıqlamasında Çempionlar Liqasının əsas mərhələsində oynamasından və burada qol vurmasından danışıb.
Qabonlu forvard karyerasının ən gözəl anlarını yaşadığını bildirib:
"Fransada futbolun sirlərinə yiyələndim, uşaqlıq arzum gerçəkləşdi. Təsnifat mərhələləri bir qədər fərqlidir.
Amma turnirin əsas mərhələsində olmaq...Bu, izah edilməyəcək qədər gözəl hissdir. Qol vurmaq isə inanılmazdır. Uşaq vaxtı bunların xəyalını qururdum".
Qeyd edək ki, afrikalı “Vikinq”lə Norveç səfərində komandamızın yeganə qolunun müəllifi olub (1:4).
"Bayquşlar" sabah Bakıda 5-ci tur çərçivəsində dünya nəhəngi "Barselona"nı qəbul edəcəklər.
saytlarin hazirlanmasi
