"Tottenhem" "Çelsi" və "Borussiya"nın transfer siyahısında yer alan Luka Uillyams-Barnettlə bağlı qərarını verib.
Sportal.az xəbər verir ki, Premyer Liqa klubu ingiltərəli yarımmüdafiəçinin müqaviləsinin müddətini artıracaq. Bu barədə "Telegraph" nəşri məlumat yayıb.
Klub artıq 18 yaşlı futbolçu ilə yeni sözləşmə üçün danışıqlara başlayıb. Baş məşqçi Roberto De Zerbi gənc hücumameyilli yarımmüdafiəçisi daha çox oyun şansı verməyi düşünür.
Qeyd edək ki, Luka Uillyams-Barnet "Tottenhem"in yetirməsidir. İngiltərə U-21 millisinin üzvü cari mövsümdə paytaxt təmsilçisinin əsas komandasının heyətində meydana çıxdığı 4 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
