Seneqal Futbol Federasiyası İdman Arbitraj Məhkəməsinin (CAS) milli komandanı Afrika Millətlər Kubokunun qalibi kimi tanıması barədə qərarından məmnunluğunu ifadə edib.

Sportal.az xəbər verir ki, federasiyanın bəyanatında bunları qeyd edilib:

“Bu qərar bir tərəfin digər tərəf üzərində qələbəsindən daha çox idman ədalətinin təntənəsi və ən mühüm prinsipin təsdiqidir: matçın həqiqi nəticəsi idmanı tənzimləyən hüquqi normalar çərçivəsində yalnız meydanda müəyyənləşir”.

Federasiyanın prezidenti Abdulay Fall da qərarla bağlı fikirlərini bölüşüb:

“İdman Arbitraj Məhkəməsi idmanda ədaləti bərpa etdi. Mərakeş Kral Futbol Federasiyası və Mərakeş xalqı ilə aramızdakı qardaşlıq bağlarının möhkəmliyini bir daha vurğulamaq istərdim. Seneqal futbolu bundan sonra idman dəyərləri ətrafında birləşən Afrikada gələcəyə inam, həvəs və qətiyyətlə baxır”.