"Barselona" UEFA Çempionlar Liqası Liqa mərhələsinin V turunda səfərdə "Sabah"ı 4:1 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, Bakıdakı matç Kataloniya təmsilçisinin müdafiəçisi Aleks Kampos üçün əlamətdar olub.  İspaniyalı futbolçu La Liqa nəhənginin əsas komandasının heyətində ilk rəsmi oyununa çıxıb.

Kampos 18 yaşlıda debütünü gerçəkləşdirib. Gənc mərkəz müdafiəçisi 64-cü dəqiqədə Frenki de Yonqun yerinə meydana daxil olub.

Qeyd edək ki, 2021-ci ilin yayında 13 yaşı olarkən "Barselona"nın akademiyasına qoşulub. O, klubun B komandasının kapitanıdır.