Vinger Alexandro Qarnaço instaqram hesabından “Aston Villa” ilə bağlı bütün qeydləri silib.

Sportal.az xəbər verir ki, 22 yaşlı futbolçu mövsümün sonuna qədər “Çelsi”dən icarəyə götürülüb. Mövsümün əvvəlindən argentinalı bütün turnirlərdə 7 matçda cəmi 95 dəqiqə meydanda olub. İngiltərə Premyer Liqasının son beş oyununun dördündə isə heç matçın iştirak ərizəsinə daxil edilməyib.

Çempionlar Liqasında “Qalatasaray”a qarşı keçirilən oyun (0:1) üçün “Aston Villa”nın baş məşqçisi Unai Emeri iki qapıçı da daxil olmaqla cəmi 11 futbolçunu iştirak ərizəsinə daxil edib. Qarnaço onların arasında olmayıb.

Bundan sonra Alexandro sosial şəbəkə hesablarından klubla bağlı bütün qeydləri silib. Eyni zamanda, onun “Çelsi”dəki dövrünə aid paylaşımları da silinib. Hazırda hesabında yalnız şəxsi paylaşımları və “Mançester Yunayted”də keçirdiyi dövrə aid fotolar qalıb.

Bununla belə, son saatlarda futbolçu instaqram hekayəsində “Aston Villa”nın məşqindən foto paylaşaraq “Çalışırıq” yazıb.