UEFA Çempionlar Liqasının əsas mərhələsində təmsilçimiz "Sabah"ın U-19 komandası Gənclər Liqasında növbəti matçına çıxıb.
Sportal.az xəbər verir ki, komandamız Bakıda İspaniyanın "Barselona" klubundan olan həmyaşıdları ilə qarşılaşıb.
Masazır stadionunda baş tutan görüş rəqibin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk hissədə "Sabah"ın nigeriyalı futbolçusu Ayomide Emmanuel Bakare qırmızı vərəq alıb.
Xatırladaq ki, "bayquşlar" turnirdə əvvəlki 4 oyunun hamısında uduzublar.
saytlarin hazirlanmasi
