Avropa Liqasında Beer-Şeva təmsilçisi “Hapoel”lə qarşılaşmaq üçün Gürcüstana yollanan “Beşiktaş”ın təyyarəsi eniş edə bilməyib.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə təmsilçisini daşıyan təyyarə əlverişsiz hava şəraiti səbəbindən Batumi hava limanına enə bilməyib. Bundan əlavə, “TRT Spor”un yaydığı məlumata əsasən, uçuş zamanı təyyarəni ildırım vurub.
Daha sonra “Beşiktaş” təyyarənin Rizədə məcburi eniş etdiyini və komandanın Batumiyə avtobusla yollanacağını açıqlayıb. Baş məşqçi Vinçentso İtalyanonun oyunöncəsi mətbuat konfransı ləğv edilib.
Qeyd edək ki, “Hapoel”lə qarşılaşma “Beşiktaş”ın ev oyunu olsa da, İsrail komandalarının iştirakı ilə Türkiyədə matçların keçirilməsinə qoyulan qadağa səbəbindən görüş İstanbuldan Batumiyə köçürülüb.
saytlarin hazirlanmasi
