"Mançester Yunayted" UEFA Çempionlar Liqası Liqa mərhələsinin 5-ci turunda "Sportinq"lə 2:2 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi bu oyunda müdafiədəki uğursuz seriyasını davam etdirib. Komanda 1977-ci ildən bəri ilk dəfə ardıcıl 7 görüşdə qapısından ən azı 2 qol buraxıb.

Mankunianlar ümumilikdə cari mövsümdə bütün turnirlərdə artıq 36 dəfə topu öz qapılarından çıxarıblar. Bu, Avropanın 5 aparıcı çempionatının klubları arasında ən pis göstəricidir.

"Mançester Yunayted" ​Çempionlar Liqasının növbəti - 6-cı turunda doğma "Old Trafford" stadionunda Almaniyanın "Leypsiq" klubunu qəbul edəcək.