UEFA Avropa Liqasının Liqa mərhələsində 5-ci turun matçları keçirilib.
Sportal.az xəbər verir ki, Türkiyənin “Beşiktaş” klubu İsrail təmsilçisi “Hapoel Beer-Şeva” ilə üz-üzə gəlib.
İstanbul təmsilçisi rəqibini neytral meydanda - Gürcüstanın Batumi şəhərindəki “Batumi Stadium”da qəbul edib. "Beşiktaş" rəqibiniə 2:1 qalib gəlib.
Qeyd edək ki, bu nəticədən sonra Türkiyə klubu 10 xal toplayaraq turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Aktivində 1 xalı olan "Hapoel" isə 33-cü sıradadır.
UEFA Avropa Liqası
“Beşiktaş” – “Hapoel Beer-Şeva” 2:1
Qollar:Olaytan 75, Orkun Kökçü 90 - İst 90+3

