Murad Məmmədov və Zamiq Əliyevin çıxış etdiyi Kiprin “Pafos” və Albaniyanın “Eqnatiya” klubları futbol üzrə Konfrans Liqasının ümumi mərhələsinin 4-cü turunda növbəti oyunlarını keçiriblər.

Sportal.az xəbər verir ki, “Pafos” doğma meydanda Danimarkanın “Midtyulland” klubunu qəbul edib və 0:2 hesabı ilə məğlub olub. Məmmədov komandası bir top fərqi ilə geridə olarkən, matçın 55-ci dəqiqəsində meydana daxil olub.

“Eqnatiya” isə doğma meydanda Cəbəllütariqin “Linkoln” klubuna 2:1 hesabı ilə qalib gəlib. Əliyev qarşılaşmanın 84-cü dəqiqəsində meydana daxil olub.

Hazırda “Pafos” 1 xalla 35-ci, “Eqnatiya” isə 5 xalla 17-ci pillədə qərarlaşıb.