"Liverpul"un qapıçısı Alisson Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda "Brügge"yə qarşı oyunda tarixi nailiyyətə imza atıb.

Sportal.az xəbər verir ki, İngiltərə təmsilçisinin səfərdə 3:0 hesabı ilə qalib gəldiyi matçda braziliyalı qapıçı məhsuldar ötürmə ilə yadda qalıb.

Alisson oyunun sonlarına yaxın Aleksandr İsakı dəqiq uzun ötürmə ilə topla təmin edib. İsveçli hücumçu qapıçının ötürməsindən məharətlə istifadə edərək matçdakı ikinci qolunu vurub və bununla da qarşılaşmanın yekun hesabını müəyyənləşdirib.

Bu məhsuldar ötürmə sayəsində Alisson "Liverpul" tarixində Çempionlar Liqasında qol ötürməsi verən ilk qapıçı olub.