"Yuventus" qışda hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, A Seriyası nəhəngi "Atalanta"dan Canluka Skamakkanı transfer etmək istəyir. Bu barədə "Tutto Sport" nəşri məlumat yayıb.
"Atalanta" italiyalı forvardı satmağın əleyhinə deyil. Onlar 27 yaşlı futbolçu üçün 30 milyon avro tələb edirlər.
Qeyd edək ki, "Atalanta" Canluka Skamakkanı 2023-cü ilin yayında "Vest Hem"dən 28 milyon avroya transfer edib. İtaliya millisinin üzvü cari mövsümdə A Seriyası nəhənginin heyətində meydana çıxdığı 13 rəsmi matçda 3 qol vurub.
saytlarin hazirlanmasi
