Bu həftə avrokubok matçlarından sonra UEFA reytinqi yenilənib.
Sportal.az xəbər verir ki, "Sabah" Çempionlar Liqasında 5-ci turda "Barselona"ya uduzub(1:4) və ölkəmiz həftəni xalsız başa vurub.
Buna baxmayaraq, reytinqdə sıralamada mövqe dəyişməyib. İsrailin "Hapoel"(Beer-Şeva) klubu da Avropa Liqasında "Beşiktaş"a(2:1) məğlub olduğu üçün əmsalsız qalıb.
Azərbaycan 24.187 göstərici ilə 24-cü pillədədir, İsrail isə 24.125 xalla 25-cidir.
saytlarin hazirlanmasi
