"Şəfa" Misli Premyer Liqasının XIII turunda səfərdə "İmişli"ni 3:1 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisiniun baş məşqçisi Zaur Həşimov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıprıb:

- Qələbəyə çox ehtiyacımız var idi. Uşaqlar bacardıqlarından daha artığını etdilər. Şükürlər olsun ki, 3 xal qazana bildik. Oyun gərgin alındı. Birinci hissədə qismən də olsa, üstünlüyümüz var idi. Hesabda önə keçdik. Təəssüf ki, standart vəziyyətdən qol buraxdıq. Uşaqlar ikinci hissədə vururdular. Əks-hücumların birində üçüncü qolu vurduq və qələbə qazandıq.

- Qələbədə həlledici məqam nə oldu?

- Müdafiədə minimum səhvə yol verdik. Bundan öncə də iki qol vurduğumuz oyunlar olmuşdu. Bu gün üç top vura bildik. Uşaqların xarakteri böyük rol oynadı.

- Rəhbərliyin sizə olan ütimadını nə dərəcədə hiss edirsiz?

- Klub rəhbərliyi ilə mütəmadi olaraq görüşürük. Son görüşdə də mənə etimadlarını göstərdilər.

- Musa Queli komandanın lideri hesab etmək olar?

- Bəli, Musa sözsüz ki, komandamızın liderlərindən biridir. Ondan həm vinger, həm də yarımmüdafiəçi kimi istifadə edirik. Komandaya çox böyük fayda verir.

- Qarşıda "Neftçi", "Sabah" və "Qarabağ"la oyunlar var. Komandanı bu ağır perioddan necə çıxarmağı düşünürsüz?

- Xarakter vacib rol oynayır. Bu üç oyunda xal qazanmaq üçün əlimizdən gələni edəcəyik.

Elçin Əlixan