Cənubi Koreya çempionatında 37-ci turun matçları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Daejeon" "Seul"un qonağı olub.

Qarşılaşma "Seul"un 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Krivotsyukun adı matçın iştirak ərizəsində yer almayıb. Qeyd edək ki, bu məğlubiyyətdən sonra 56 xalda qalan “Daejeon” turnir cədvəlində üçüncüdür.