“Liverpul” bir neçə futbolçu ilə yollarını ayırmağı planlaşdırır.
Sportal.az xəbər verir ki, vinger Federiko Kyezanın 2027-ci ilin yanvarında və ya yayında komandadan ayrılacağı demək olar ki, dəqiqdir. İtaliyalı futbolçu bu mövsüm meydanda cəmi bir neçə dəqiqə keçirib. O, oktyabrda “Mançester Siti” ilə qarşılaşmanın 88-ci dəqiqəsində meydana daxil olub. Futbolçunun müqaviləsinin bitməsinə isə il yarım qalıb.
Mersisayd klubu həmçinin Vataru Endo ilə yeni müqavilə imzalamağı düşünmür. Yaponiyalı futbolçu yayda azad agent kimi komandadan ayrılacaq.
saytlarin hazirlanmasi
