"Rakuv"un forvardı Mahir Emreli Polşa çempionatının 16-cı turunda "Piast"a(1:2) uduzduqları matçdan sonra sosial şəbəkədə hesabında paylaşım edib.
Sportal.az xəbər verir ki, millimizin üzvü instaqram hesabında komandasının 1:2 hesablı məğlubiyyət barədə yazıb:
"İlin son ev oyunu idi. Təəssüf ki, istədiyimiz nəticəni əldə edə bilmədik. Çətin mövsüm keçiririk. Lakin klubdakı hər kəs vəziyyəti düzəltmək üçün əlindən gələni edir. Birlikdə çalışır, mübarizə aparırıq. Azarkeşlərimizə çətin anlarda göstərdiyi inanılmaz dəstəyə və sədaqətə görə təşəkkür edirik. Siz daha yaxşısına layiqsiniz”.
Mahir Emreli 2026/2027 mövsümündə Polşa çempionatında 16 matça çıxıb və 4 qol vurub. “Rakuv” 16 turdan sonra 15 xalla 14-cü pillədədir.
saytlarin hazirlanmasi
