"Atletiko"nun qışda satmağı planlaşdırdığı Ademola Lukman İtaliya A Seriyasına qayıda bilər.
Sportal.az xəbər verir ki, "Roma" nigeriyalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə jurnalist Matteo Moretto məlumat yayıb.
Paytaxt kluubunun baş məşqçisi Can Pyero Qasperini "Atalanta"da birlikdə çalışdığı Lukmanı yenidən sərəncamında görmək istəyir. La Liqa nəhəngi 29 yaşlı vinger üçün gələcək 35-40 milyon avroluq təklifləri dəyərləndirəcək.
Qeyd edək ki, "Atletiko" Ademola Lukmanı bu ilin fevralında "Atalanta"dan 35 milyon avroya transfer edib. Nigeriya millisinin üzvü cari mövsümdə madrid təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi

