"Turan Tovuz" Misli Premyer Liqasının XIII turu çərçivəsində doğma meydanda "Kəpəz"i 2:1 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Kurban Berdiyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Güman etdiyimiz kimi çətin matç oldu. "Kəpəz"ə qarşı oyunlarımız həmişə çətin olur. Rəqibin yaxşı yarımmüdafiə və hücum xətti var. Sevinirik ki, uşaqlar xarakter göstərdilər. Vacib qələbə qazandıq.

- "Kəpəz"in qazandığı penalti epizoduna baxmısız?

- Xeyr, baxmamışam. Baxmadığım üçün nəsə deməyim çətindir.

- Xorxe Silvanın yoxluğu hiss olundu. Qarşıdakı oyunlarda onsuz çətinlik çəkməyəcəksiniz?

- Kimin necə hazır olacağına baxacağıq.

- Rəqibin baş məşqçisi bildirdi ki, ən azı 1 xala layiq idilər. Siz necə düşünürsüz?

- Bu, onun fikridir.

Elçin Əlixan