“Mançester Yunayted” İngiltərə Premyer Liqasında ardıcıl üç oyunda qapısında dörd qol görüb.

Sportal.az xəbər verir ki, Maurisio Poçettinonun rəhbərlik etdiyi komanda çempionatın XII turunda “Brentford”a 0:4 hesabı ilə məğlub olub. Mançester təmsilçisi bundan əvvəl “Liverpul”a eyni hesabla uduzub, “Aston Villa” ilə isə 4:4 hesablı heç-heçə edib.

Bununla da “Mançester Yunayted” 1961-ci ildən bəri ilk dəfə ölkə çempionatında ardıcıl üç qarşılaşmada qapısından dörd və ya daha çox top buraxıb.