Rafinya Dias La Liqanın cari mövsümündə üçüncü het-trikini edib.

Sportal.az xəbər verir ki, bu gün “Barselona”nın hücumçusu İspaniya La Liqasının XIV turunda “Deportivo” ilə qarşılaşmada (5:1) rəqib qapısına üç dəfə yol tapıb. O, daha əvvəl “Rasinq” (7:2) və “Sevilya” (3:1) ilə oyunlarda da üç qol vurub.

Braziliyalı futbolçu La Liqanın cari mövsümündə ümumilikdə 18 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.