Azərbaycanlı futbolçu Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionatında növbəti qələbəsini qazanıb.
Sportal.az xəbər verir ki, Albaniya Superliqasının XIII turunda son ölkə çempionu doğma meydanda “Elbasani” ilə qarşılaşıb. Görüş “Eqnatiya”nın 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb.
Zamiq Əliyev qarşılaşmaya start heyətində başlayıb və 90 dəqiqə meydanda olub.
Bu qələbə ilə xallarının sayını 30-a yüksəldən “Eqnatiya” turnir cədvəlində liderliyini möhkəmləndirib.

