Kipr çempionatında XI turun qarşılaşmaları davam edir.

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Murad Məmmədovun formasını geyindiyi “Pafos” doğma meydanda “Aris”i qəbul edib. Görüş meydan sahiblərinin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Matça ehtiyat oyunçular skamyasında başlayan Murad Məmmədov 17-ci dəqiqədə meydana daxil olub və final fitinə qədər mübarizə aparıb.

Hazırda “Pafos” 19 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.