Türkiyə Superliqasında XIII turun qarşılaşmaları davam edir.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Nəriman Axundzadənin formasını geyindiyi “Erzurumspor” səfərdə “Fənərbaxça” ilə üz-üzə gəlib. İstanbul təmsilçisi görüşdən 3:0 hesablı qələbə ilə ayrılıb.

Nəriman Axundzadə matçın 81-ci dəqiqəsində meydana buraxılıb.

Bu nəticənin ardından 14 xalı olan “Erzurumspor” turnir cədvəlində 13-cü pillədə yer alıb. “Fənərbaxça” isə 23 xalla 5-ci mövqedə qərarlaşıb.

“Fənərbaxça” – “Erzurumspor” – 3:0

Qollar: Oğuz Aydın, 53, Milan Şkriniar, 57, Meyson Qrinvud, 88.