“Barselona”nın baş məşqçisi Hans-Diter Flik La Liqanın XIV turunda “Deportivo” üzərində 5:1 hesabı ilə qazandıqları qələbəni şərh edib.

Sportal.az xəbər verir ki, Flik öz açıqlamasında bunlaeı qeyd edib:

“İlk dəqiqələrdən yaxşı oyun nümayiş etdirməli olduğumuzu müzakirə etmişdik. Açığı, hesab bərabərləşdikdən sonra bir neçə dəqiqə oyuna nəzarəti itirdik.

Düşünürəm ki, Frenki de Yonq zədələnib. Sabah vəziyyətinin necə olacağını görəcəyik.

Meydanın müəyyən hissələrində daha intizamlı olmağımız vacibdir. Topu hərəkətdə saxlamalı və rəqibi də hərəkət etməyə məcbur etməliyik. Xüsusilə üçüncü qol zamanı bunu çox yaxşı bacardıq. Futbolçularımın oyunundan çox razıyam.

Bura möhtəşəm atmosferə malik fantastik stadiondur. Əla oyun keçirmək istəyirdik. Rəqibin qol vurduğu epizodlara bənzər vəziyyətlərdə daha yaxşı müdafiə olunmalıyıq. Lakin bu qol Çempionlar Liqasında buraxdığımız qola heç bənzəmirdi”.