Avrokuboklarda ilk 2 dəqiqə ərzində qol buraxan yeganə Premyer Liqa klubu

22:18 - 21 Oktyabr 2026

“Mançester Yunayted” ardıcıl iki avrokubok matçında ilk dəqiqələrdə qol buraxan ilk İngiltərə Premyer Liqası klubu olub.

Sportal.az xəbər verir ki, Çempionlar Liqasının liqa mərhələsinin 3-cü turunda “Komo”ya qarşı keçirilən bugünkü matçda (0:3, ikinci hissə) “Mançester Yunayted” 2-ci dəqiqədə qol buraxıb. Oyunda hesabı Niko Pas açıb.

Turnirin əvvəlki turunda “Atletiko”ya 0:2 hesabı ilə məğlub olan Mançester təmsilçisi həmin qarşılaşmada isə artıq 1-ci dəqiqədə qapısında qol görmüşdü.

Beləliklə, “Mançester Yunayted” avrokuboklar tarixində ardıcıl iki matçda ilk iki dəqiqə ərzində qol buraxan ilk İngiltərə Premyer Liqası komandası olub.

Xəbər xətti