“Sabah”ın yarımmüdafiəçisi Aleksey İsayev Çempionlar Liqasının üçüncü turunda Bakıda “Borussiya”(Dortmund) komandasına 2:1 hesabı ilə məğlub olduqları oyunu şərh edib.
Sportal.az saytına açıqlama verən İsayev matçla bağlı danışıb:
"Bütün şanslarımızdan yararlana bilmədik. Axı “Borussiya”ya qarşı oynayırdıq. Daha dəqiq olsaydıq, daha yaxşı nəticə əldə edə bilərdik. Bu kimi rəqiblərə qarşı şanslarımızı maksimum dərəcədə artırmalıyıq. Növbəti turda “Vikinq”lə qarşılaşacağıq. Öz oyunumuzu oynayacağıq və qələbəyə çalışacağıq. Amma bundan əvvəl liqada "Qarabağ" və "Turan-Tovuz"la oynamalıyıq. Premyer Liqa bizim üçün Çempionlar Liqası qədər prioritetdir".
saytlarin hazirlanmasi
